AZ

WhatsApp istifadəçi müqaviləsi yeniləməsini TƏXİRƏ SALDI

fbb8528eb931a26d1c59d6cce49ecec7.jpg
16.01.2021 16:40

WhatsApp messenceri istifadəçilərlə rezonans doğuran istifadəçi müqaviləsi yeniləməsini təxirə salır. 


TED.az xəbər verir ki, bu barədə messencerin bloqunda məlumat verilib. 


"İstifadəçilərdən şərtlərə (istifadəçi müqaviləsinin yenilənməsi) baxması və qəbul edilməsi istənəcəyi tarixi təxirə salırıq", - deyə məlumatda qeyd olunur.


Bəyanatda istifadəçilərdən heç birinin 8 fevralda bloklanmayacağı və ya silinməyəcəyi vurğulanır. WhatsApp-dan bildirildiyi kimi, yeniləmə tarixi 8 fevral - 15 may tarixlərinə salınıb.


Bundan əvvəl WhatsApp fərdi məlumatların Feysbuka köçürülməsi ilə bağlı qərar qəbul edib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox