Gənclər arasında birinci startap layihələri müsabiqəsi keçirilib

Yasamal Rayon İcra Hakimiyyətinin və Yasamal Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na müvafiq olaraq, gənclərin innoativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılması, onların praktikada tətbiqi üçün zəmin yaradılması məqsədilə gənclər arasında birinci startap layihələri müsabiqəsi keçirilib.
TED.az xəbər verir ki, Yasamal Rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov tədbirdə çıxış edərək belə layihələrin gənclərin texniki-yaradıcılıq fəaliyyətinin dəstəklənməsində, habelə istedadlı və yaradıcı gənclərin aşkarlanmasında oynadığı əvəzsiz roldan danışıb. Bildirilib ki, bu ilin mayında ölkəmizdə keçirilmiş “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı gənclərin bu sahəyə olan marağının daha da artmasında, texnologiya və innovasiya sahəsində onların potensialının üzə çıxarılmasında nadir platforma rolunu oynayıb. İ.Səfərov qeyd edib ki, rayon gəncləri də bu yarışmada yaxından iştirak edib, qaliblər sırasında olublar. Birinci startap layihələri müsabiqəsinin rayonumuzda ilk dəfə keçirilməsinə baxmayaraq gənclər bu müsabiqəyə böyük maraq göstərib və innovativ ideyalar irəli sürüb, bu ideyalar müsabiqəni qiymətləndirən ekspertlər tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd olunub ki, bu gün ölkələr müstəqilliklərini qorumaq üçün yüksək texnologiyalara sahib olmalıdırlar. Gənclər bu istiqamətdə özlərini təsdiqləməli, bilik və bacarıqlarını daim artırmalıdırlar. Məhz bu baxımdan bu kimi müsabiqələrin rolu əvəzsizdir.
Sonra müsabiqənin ekspert qrupunun üzvləri Azərbaycan Texniki Universitetinin Radioelektron və aerokosmik sistemlər kafedrasının müdiri Vaqif Məhərrəmov, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Pərvinə İsmayılova və 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin direktoru Tural Nağıyev gənclərin müsabiqəyə təqdim etdikləri layihələrin qiymətləndirilməsini həyata keçiriblər.
Startaplar bölməsindən digər xəbərlər
Qazaxıstan Ayətrafı teleskoplu peyk üzərində çalışır - Türk dövlətlərini əməkdaşlığa çağırır


“Ecotracker” mobil tətbiqinin təqdimatı olub


"Google Chrome" brauzerini almaq istəyən şirkətin adı açıqlandı


İnsanlar apokalipsisdən çox süni intellektdən qorxurlar


Britaniya ordusu təlimlərdə SZ dəstəkli İQP-lərdən istifadə edib


Bu ölkədə zəlzələ ilə bağlı proqnoz verən astroloq həbs olunub


Türk dövlətlərinin birgə peyk sistemini qurmağı hədəfləmişik - Qazaxıstanlı layihə direktoru


BƏƏ rəsmisi: "Kosmik proqramların davamlı inkişafı üçün özəl sektorun rolu əsasdır"


Bülent Avenoğlu: “Türkiyə dərin kosmos missiyalarına start verib”


Sabah Azərbaycanda 32 dərəcə isti olacaq


“Aztelekom” yenidən təşkil olunur


Birinci rübdə “e-sosial” portalından 3,3 milyon dəfə istifadə olunub


Azərbaycan hərbçiləri “KURTARAN-2025” təlimlərində iştirak edəcək


“İnformasiya savadlılığı və süni intellekt” - elmi seminar


Britaniya hökuməti yaşıl enerji sektoruna 300 milyon funt sterlinq dəyərində dəstək elan edib


Çinin “Şencou-20” gəmisi kosmik stansiya ilə birləşib


Həftənin ən çox oxunanları
Rezidentura imtahanı elektronlaşdırılacaq


Yeni texnologiya müxtəlif xəstəliklərin erkən aşkarlanmasını dəstəkləyə bilər - TƏDQİQAT


Çinin “Şencou-20” gəmisi kosmik stansiya ilə birləşib


"Bitcoin"in qiyməti 90 min dolları keçdi


Ali məktəblərə qəbul imtahanının 1-ci cəhdi üçün abituriyentlərin qeydiyyatı davam edir


Hüquqi şəxsin və ya fərdi sahibkarın müflis elan edilməsi barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilib


Naxçıvanda POS-terminalların sayı 30%-dən çox artıb


AMB-də sığorta sahəsində rəqəmsallaşma prosesləri müzakirə olunub


Hacıqabulda narkokuryerlik edən şəxs saxlanılıb

