Müdafiə sənayesi üzrə ixtisaslı kadr hazırlığı: radioelektron, aerokosmik sistemlər və robotlar - konfrans

Azərbaycan Texniki Universitetində (AzTU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən “Müdafiə sənayesi üzrə ixtisaslı kadr hazırlığı: radioelektron, aerokosmik sistemlər və robotlar” mövzusunda II respublika elmi-texniki konfransı keçirilir.
Bu barədə TED.az-a AzTU-dan məlumat verilib. Bildirilib ki, Elm və Təhsil Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, AzTU və Milli Aerokosmik Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən konfransda əvvəlcə universitetin foyesində Ulu Öndərin büstünün qarşısına gül dəstələri düzülüb. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Rektor Vilayət Vəliyev bildirib ki, AzTU regionda müdafiə sənayesi üzrə ixtisaslı kadr hazırlayan ilk və yeganə universitetdir. Mütəxəssislər universitetin Xüsusi texnika və texnologiya fakültəsində hazırlanır. Rektor deyib ki, belə konfransların keçirilməsi gənc mühəndislərin elmi-tədqiqat işlərinin təkmilləşdirilməsi, mövzuların əhatəliliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Rektor bu mövzuda konfransların mütəmadi, eyni zamanda, növbəti illərdə beynəlxalq konfrans statusunda keçirilməsinin əhəmiyyətindən də danışıb.
Daha sonra çıxış edən müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov AzTU ilə əməkdaşlıq əlaqələrinin perspektivləri barədə danışıb. Bildirib ki, tələbələrin ixtisaslı kadr kimi hazırlanması təkcə universitet auditoriyalarında deyil, həm də nazirliyin tabeliyində olan müəssisələrdə aparılır. Müasir dövrün ixtisaslarından olan radioelektron, aerokosmik sistemlər və robotlar sahəsində yerli mütəxəssislərin hazırlanması əsas hədəflərdən biridir.
Azərbaycan Milli Müdafiə Universitetinin rektoru, general-leytenant Heydər Piriyev Ulu Öndərin 100 illiyinə həsr olunan konfransda müzakirə olunacaq mövzuların əhəmiyyətindən danışıb. Rektor ümummilli lider Heydər Əliyevin müdafiə sənayesi üzrə kadr hazırlığını hər zaman diqqətdə saxladığını vurğulayıb. Bildirib ki, müdafiə sənayesi üzrə ixtisaslı kadr hazırlığında Azərbaycan Milli Müdafiə Universiteti AzTU ilə əməkdaşlığı inkişaf etdirəcək.
Daha sonra çıxış edənlər “ASELSAN Bakı” şirkətinin baş direktoru Özgür Kürüm, Milli Aerokosmik Agentliyinin baş direktoru Natiq Cavadov, müdafiə sənayesi nazirinin müşaviri Rövşən Əhmədov da konfransın gənc mütəxəssislər və tədqiqatçılar üçün əhəmiyyətindən danışıblar.
Konfrans bölmə iclasları ilə davam edib.
TED + bölməsindən digər xəbərlər
Qazaxıstan Ayətrafı teleskoplu peyk üzərində çalışır - Türk dövlətlərini əməkdaşlığa çağırır


“Ecotracker” mobil tətbiqinin təqdimatı olub


"Google Chrome" brauzerini almaq istəyən şirkətin adı açıqlandı


İnsanlar apokalipsisdən çox süni intellektdən qorxurlar


Britaniya ordusu təlimlərdə SZ dəstəkli İQP-lərdən istifadə edib


Bu ölkədə zəlzələ ilə bağlı proqnoz verən astroloq həbs olunub


Türk dövlətlərinin birgə peyk sistemini qurmağı hədəfləmişik - Qazaxıstanlı layihə direktoru


BƏƏ rəsmisi: "Kosmik proqramların davamlı inkişafı üçün özəl sektorun rolu əsasdır"


Bülent Avenoğlu: “Türkiyə dərin kosmos missiyalarına start verib”


Sabah Azərbaycanda 32 dərəcə isti olacaq


“Aztelekom” yenidən təşkil olunur


Birinci rübdə “e-sosial” portalından 3,3 milyon dəfə istifadə olunub


Azərbaycan hərbçiləri “KURTARAN-2025” təlimlərində iştirak edəcək


“İnformasiya savadlılığı və süni intellekt” - elmi seminar


Britaniya hökuməti yaşıl enerji sektoruna 300 milyon funt sterlinq dəyərində dəstək elan edib


Çinin “Şencou-20” gəmisi kosmik stansiya ilə birləşib


Həftənin ən çox oxunanları
Rezidentura imtahanı elektronlaşdırılacaq


Yeni texnologiya müxtəlif xəstəliklərin erkən aşkarlanmasını dəstəkləyə bilər - TƏDQİQAT


Çinin “Şencou-20” gəmisi kosmik stansiya ilə birləşib


"Bitcoin"in qiyməti 90 min dolları keçdi


Ali məktəblərə qəbul imtahanının 1-ci cəhdi üçün abituriyentlərin qeydiyyatı davam edir


Hüquqi şəxsin və ya fərdi sahibkarın müflis elan edilməsi barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilib


Naxçıvanda POS-terminalların sayı 30%-dən çox artıb


AMB-də sığorta sahəsində rəqəmsallaşma prosesləri müzakirə olunub


Hacıqabulda narkokuryerlik edən şəxs saxlanılıb

