AZ

ABŞ İsraildən 200 taktiki robot sifariş edib

 

1fa59b148b839d50b74132da910ceaf6.jpg
18.06.2024 20:20
ABŞ Dəniz Piyadaları Korpusu İsraildən 30 milyon dollar dəyərində 200 taktiki robot sifariş edib.

 

TED.az xəbər verir ki, İsrailin insansız sistem istehsalçısı “Roboteam” sifariş edilən sistemlərin Mikro Taktiki Yerüstü Robotlar olduğunu açıqlayıb.
 
 
Mikro Taktiki Yerüstü Robotlar mövcud quru platformaları üçün qeyri-mümkün olan tapşırıqları yerinə yetirmək məqəsədilə hazırlanmış yüngül, yüksək manevr qabiliyyətinə malik insansız sistemdir.
 
 
Sistemlər pilləkənləri qalxa və dar məkanlarda hərəkət edə bilir, bu da onu müşahidə, taktiki manevrlər və təhlükəli partlayıcı sursatların zərərsizləşdirilməsi missiyaları üçün əlverişli edir.
 
 
“Roboteam”in məlumatına görə, robotlar ABŞ-də istehsal olunacaq və son montajı ABŞ-nin müdafiə sənayesi şirkəti “Mistral Inc.” həyata keçirəcək.
 
 
Robotların 2025-ci ilin birinci rübündə təhvil veriləcəyi gözlənilir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox