AZ

HAVELSAN “Türk Hava Yolları”na yeni simulyator təhvil verib

 

e2a8e0bbf3540859e78cb08ea5cab25b.jpg
18.06.2024 21:40
Öz sahələrində Türkiyənin iki aparıcı milli şirkəti olan HAVELSAN ilə “Türk Hava Yolları” (THY) arasında simulyator texnologiyaları sahəsində əməkdaşlıq uğurla davam edir.

 

TED.az xəbər verir ki, iki şirkət arasında cəmi 11 “Airbus” A320 CEO/NEO, “Boeing” B737MAX tam uçuş simulyatoru və uçuş təlimi cihazları üçün tədarük müqaviləsi üzrə istehsal və tədarüklər davam edir.
 
 
Müqavilə çərçivəsində nəhayət “Airbus” A320 tam uçuş simulyatoru təhvil verilib və sahə qəbulu sınaqlarına başlanılıb.
 
 
Bu, ilk tədarükünü 2018-ci ildə edən HAVELSAN-ın 2024-cü ildən etibarən THY-yə təhvil verdiyi ikinci “Airbus” A320 tam uçuş simulyatorudur.

Dünya bölməsindən digər xəbərlər

Daha çox