AZ

OMTAS, DROPS və BAZNA Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olub

 

7dd1928d90575ff3350071e3f7e6be1c.jpg
19.06.2024 17:57

OMTAS, DROPS və BAZNA Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olub.

 

TED.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin həftəlik mətbuat brifinqində bildirilib.

 
Nazirliyin açıqlamasında qeyd olunub:
 

“Yerli və milli müdafiə sənayesi məhsullarımızla Türkiyə Silahlı Qüvvələrimizin imkan və qabiliyyətlərinin artırılması istiqamətində fəaliyyətlər davam edir.
 

Bu çərçivədə Quru Qoşunları Komandanlığımız tərəfindən müxtəlif miqdarda OMTAS Qülləli Zirehli Tank Əleyhinə Vasitəsi, DROPS Təkərli Konteyner Daşıyıcı Vasitəsi və BAZNA Sursatlı Mini Pilotsuz Uçuş Aparatının yoxlama və qəbul fəaliyyətləri tamamlanıb”.

Dünya bölməsindən digər xəbərlər

Daha çox