AZ

4 fərqli sistem Türkiyə Quru Qoşunları Komandanlığına təhvil verilib

 

01fe29e3213b5df830dad5664db761f4.jpg
19.06.2024 18:57
Türkiyə müdafiə sənayesi Türkiyə Silahlı Qüvvələrinə yerli silah, sensor və rabitə sistemlərini çatdırmağa dava edir.

 

TED.az xəbər verir ki, son olaraq eyni həftə ərzində 4 fərqli sistem Türkiyə Quru Qoşunları Komandanlığına təhvil verilib.
 

Belə ki, OMTAS tank əleyhinə raketi, MAM-L mini ağıllı sursatı, “Avcı” dəbilqəyə quraşdırılmış nişangahı və çoxdiapazonlu rəqəmsal müştərək radiostansiya Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.
 
 
ROKETSAN tərəfindən inkişaf etdirilən OMTAS orta mənzilli tank əleyhinə raketdir. Müasir zirehli hədəflərə qarşı təsirli olacaq şəkildə hazırlanmış bu raket həm “atdım-unutdum”, həm də “atdım-yenilədim” imkanlarına malikdir.
 
 
Digər tərəfdən, OMTAS hədəf zirehli platformanı birbaşa şəkildə və ya zirehlərinin ən incə olduğu hissədən vurmaq qabiliyyətinə malikdir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox