AZ

ABŞ şirkəti HDQ-nin  istifadə edeceyi yeni kamikadze PUA - sını təqdim edib

42639d38713dcfe3ed380b87934b3a3e.jpg
19.06.2024 20:57
ABŞ-nin müdafiə sənayesi istehsalçısı “Teledyne FLIR Defence” şirkəti “Rogue 1” kamikadze tipli Pilotsuz Uçuş Aparatını (PUA) təqdim edib.

 

TED.az xəbər verir ki, xalq arasında kamikadze PUA-sı kimi də adlandırılan “Rogue 1” müxtəlif hədəflərə qarşı dəqiq və ölümcül hücumlar həyata keçirmək üçün nəzərdə tutulmuş, şaquli olaraq buraxılan kiçik pilotsuz uçuş sistemidir.
 

Məlumata görə, qabaqcıl elektro-optik və “FLIR Boson” 640+ termal kameraları ilə təchiz edilmiş “Rogue 1” misilsiz dəqiqliklə gecə-gündüz kəşfiyyat imkanlarını təmin edir.
 
 
“Rogue 1”in uçuş müddəti 30 dəqiqə, orta sürəti 70 km/saat və mənzili 7 km-dən çoxdur.
 

Kamikadze PUA-sının hərbi əməliyyatlara inteqrasiyası müasir müharibənin inkişaf edən tələblərinə cavab verən təkmilləşdirilmiş universallıq, sağqalma qabiliyyəti və ölümcüllük təklif edir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox