AZ

"Lada" daha bir modelin istehsalını dayandırdı

0967b3805618be0ff829d16226820b1e.jpg
19.06.2024 21:40

Rusiyanın avtomobil istehsalçısı AvtoVAZ şirkəti “Lada Vesta”nın ən zəngin versiyalarının – “Techno” və “Techno 24”ün istehsalını dayandırmaq qərarına gəlib.

 

TED.az yerli KİV-ə istinadla bildirir ki, zəngin təchiz olunmuş “Lada Vesta NG” (səkkiz dinamikli audio sistem, ikinci cərgədə USB birləşdiricilər, yan təhlükəsizlik yastıqları və s.) eksklüziv olaraq göstərilən versiyalarda mövcuddur.

 

AvtoVAZ-ın mətbuat xidməti bildirir ki, “Techno” və “Techno 24” versiyalarında olan “Lada Vesta” hazırda istehsal olunmur. Lakin onları hələ də dilerlərdə tapmaq olar. İstehsalın dayandırılmasının səbəbi “avadanlığın siyahısına yenidən baxılması”dır.

Dünya bölməsindən digər xəbərlər

Daha çox