AZ

Şamaxıda avtomat satmaq istəyən şəxs saxlanılıb

 

3a4d87d53836cbbc9e9a164fadc72c13.jpg
24.06.2024 10:20

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən, əvvəllər də narkotik və oğurluq cinayətlərinə görə məhkum edilmiş 1971-ci il təvəllüdlü İlham Əlixanov saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan TED.az-a verilən məlumata görə, ondan bir ədəd “Kalaşnikov” avtomatı və daraq aşkarlanıb. Saxlanılan şəxs odlu silahı satmaq məqsədilə paytaxtdan Şamaxıya gətirdiyini bildirib.

 

İ.Əlixanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

TED + bölməsindən digər xəbərlər

Daha çox