AZ

Ötən gün təhvil və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb

 

7d3c3099cc7898328b0f5d893d844c00.jpeg
24.06.2024 12:40

Ötən gün təhvil və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən TED.az-a verilən məlumata görə, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. İyunun 22-də və 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 5 tüfəng, 5 patron darağı və müxtəlif çaplı 41 patron təhvil götürüblər.

 

Eyni zamanda, keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 12 tüfəng aşkar edilərək götürülüb.

TED + bölməsindən digər xəbərlər

Daha çox