AZ

ADPU-nun “SABAH” magistraturasını seçmək üçün 1334 nəfər müsahibələrdə iştirak edib

 

29211465ed65322d56e7ab97a4f68a9d.jpeg
24.06.2024 12:57

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “SABAH” qruplarının magistratura ixtisaslaşmalarını seçmək üçün 1334 nəfər müsahibələrdə iştirak edib.

 

Universitetdən TED.az-a bildirilib ki, onlardan 1114 nəfəri müsahibədən məqbul cavab alıb.

 

ADPU-da “SABAH” qruplarının magistratura səviyyəsinə təlim və tədrisin təşkili və metodikası, təhsildə qiymətləndirmə və monitorinq, menecment (ali təhsilin təşkili və idarə olunması) ixtisaslaşmaları üzrə qəbul aparılır.

 

ADPU-da magistratura səviyyəsində, ümumilikdə 30 ixtisaslaşma üzrə qəbul həyata keçirilir.

 

Magistraturaya ixtisaslaşma seçimi iyunun 30-da saat 23:59-dək davam edəcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox