AZ

Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM

c2748ddbb71921aef3df2de5ea790ce4.jpg
24.06.2024 17:57

Azərbaycan Prezidenti İlham Əliyev dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 216 nəfəri mükafatlandırıb.

 

TED.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı iyunun 24-də Sərəncam imzalayıb.

 

Sərəncama əsasən 2 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 35 nəfər “Tərəqqi” medalı, 177 nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

 

Bundan başqa, dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2 nəfərə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox