AZ

ANAMA: Ötən həftə ərzində 946 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib - FOTO

53cf28d50ecf222511117831f28f65ac.jfif
24.06.2024 18:20

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən iyunun 17-dən 23-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.

 

ANAMA-dan TED.az-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 79, tank əleyhinə 108 mina və 204 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

 

Ötən həftə ərzində 946,3 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox