AZ

“Azercell” abunəçilərinə maarifləndirmə xarakterli SMS-bildiriş göndərilib

 

df06c0b182a5b6205e8c84f81d825464.jpg
25.06.2024 10:20

26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə təşkil edilən silsilə tədbirlərin davamı olaraq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu aidiyyəti qurumla birgə iyunun 21 və 25-də “Azercell” abunəçilərinə SMS şəklində zəruri bildiriş (DK İsci Qrup: Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az , Qaynar xətt:802) göndərilib.

 

Bu barədə TED.az-a komissiyanın işçi qrupundan məlumat verilib.

 

SMS-lər mərhələli qaydada 4 gün ərzində təqribən 5 milyon 600 minə yaxın abunəçiyə ünvanlanıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox