AZ

"Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair Qaydalar” təsdiqlənib

4b1316ce2e468c4ad63035765ea19bce.jpg
25.06.2024 13:35

Nazirlər Kabineti “Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair Qaydalar”ını təsdiqləyib.

 

TED.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

 

Qərara əsasən, gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən ediləcək:

 

- malların sövdələşmə qiyməti ilə;

 

- eyni malların sövdələşmə qiyməti ilə;

 

- eynicinsli malların sövdələşmə qiyməti ilə;

 

- dəyərin çıxılması üsulu ilə;

 

- dəyərin toplanması üsulu ilə;

 

- ehtiyat üsulu ilə.

 

Qərar 30 gündən sonra qüvvəyə minəcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox