AZ

ABŞ və Cənubi Koreya F-18 və F-35 təyyarələrindən istifadə etməklə təlimlərə başlayıb

 

2255e714c1a917dbbfd2c032ff7ef124.jpg
23.07.2024 16:20

ABŞ və Cənubi Koreya silahlı qüvvələri F-18 və F-35 qırıcılarından istifadə etməklə birgə hava təlimlərinə başlayıb. Cənubi Koreya tərəfi də F-16, FA-50, KA-1 və F-15K təyyarələrindən istifadə edəcək.

 

TED.az Yonhap agentliyinə istinadla xəbər verir ki, təlim avqustun 8-dək davam edəcək. Təlim zamanı Seulun cənubundakı Suvon şəhərindəki aviabazadan istifadə olunacaq.

 

Məlumata görə, təlimlərin keçirilməsində məqsəd KXDR-dən gələn təhlükəni nəzərə alaraq, əməkdaşlığı və birgə döyüş imkanlarını gücləndirməkdir.

 

Təlimlərə müttəfiqlərin hava qüvvələri arasında qarşılıqlı əlaqəni artırmaq üçün qırıcı manevrlər, hava dəstəyi, hava əks-tədbirləri və hava hücumundan müdafiə daxildir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox