AZ

İnnovasiyalar Mərkəzi “iFest” innovasiya və texnologiya festivalının rəsmi tərəfdaşıdır

 

be5fa8da50e9ab3f80d5b13e350640d0.jpg
23.07.2024 18:57

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə ölkəmizdə ilk “iFest” innovasiya və texnologiya festivalı keçirilib.

 

Dövlət Agentliyindən TED.az-a bildirilib ki, əsas məqsəd texnologiya şirkətlərinin tanıtımı, startapların inkişafına dəstək, onların maliyyə imkanlarına çıxışının təmini və nümayişidir.

 

Açılış mərasimində İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov yaşıl iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirilən bu kimi tədbirlərin əhəmiyyətindən, enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqindən söz açıb. Həmçinin Dövlət Agentliyi və İnnovasiyalar Mərkəzinin həyata keçirdiyi layihələri diqqətə çatdırıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox