AZ

Elon Mask ilə Mark Zukerberq həqiqətənmi döyüşəcək?

03c653b16a605e2b25f85c765a100aeb.jpg
25.07.2024 12:02

Texnologiya dünyasının iki nəhəng adı Elon Mask və Mark Zukerberq arasında yaranan döyüş mübahisəsi 2023-cü ilin ortalarında sosial medianı və qlobal mətbuatı fırtına kimi ələ keçirmişdi. Zarafat kimi başlayan, sonra ciddiləşən və bir müddət sakitləşmiş kimi görünən bu dava, deyəsən, hələ də İlon Maskın yaddaşından silinməyib.

 

Bildiyiniz kimi, bu maraqlı hadisə İlon Maskın Twitter-də etdiyi zarafatcıl şərhlə başlayıb. Musk, Meta-nın Twitter-ə rəqib olmaq üçün yeni platforma (daha sonra Threads adlanır) hazırlaması xəbərinə cavab olaraq Zukerberqi döyüşə çağırmışdı.


Gözlənilmədən, Zukerberq təklifi ciddi qəbul edərək Instagram hekayəsində "Mənə məkanı göndər" yazaraq cavab vermişdi. Bu cümlə Konor Makqreqorqa Həbib Nurməhəmmədovun "Mənə məkanı göndər" ifadəsinə bənzəyirdi.


Başlanğıcda zarafat kimi görünən bu vəziyyət zamanla daha da ciddiləşməyə başladı. Hər iki CEO mövzu ilə bağlı açıqlamalar verməyə davam etdi və həqiqətən də döyüşə hazırlaşdıqları təəssüratını yaratdılar. Ancaq 2023-cü il ərzində gözlənilən döyüş heç vaxt baş tutmadı. Zaman keçdikcə məsələ gündəmdən düşməyə başladı və maraq azaldı.


Deyəsən, İlon Mask bu mübarizəyə ümidini itirməyib. Twitter-də yayımlanan videoda Mark Zukerberqə istinad edən Tesla CEO-su "Mən Markla hər zaman, hər yerdə, hər qayda altında döyüşəcəyəm" deyib.


Çox qısa müddətdən sonra Maska cavab verən Zukerberq isə "Həqiqətən bunu bir daha edəcəyikmi?" deyərək, vəziyyəti çox ciddi qəbul etmədiyini ifadə edib. 

Dünya bölməsindən digər xəbərlər

Daha çox