AZ

DİM: Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb

 

9fed81452ce077e6eeec0603e2623ecd.jpg
26.07.2024 16:20

2024-cü ildə orta ixtisas təhsili müəssisələrinə tələbələrin qəbul olması üçün 10 min 930 plan yeri ayrılıb.

 

TED.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, ötən il müvafiq göstərici 10 min 752 yer idi. Bu il qeydiyyatdan keçən və müsabiqə şərtini ödəyən 26 min 516 abituriyent ixtisas seçiminə buraxılıb. Ötən il isə 29 min 445 nəfərin müsabiqədə iştirak hüququ var idi.

 

Qeyd edək ki, ötən il olduğu kimi, bu il də müsabiqə şərtini ödəmiş, lakin ərizə qəbulu zamanı qeydiyyatdan keçməyən abituriyentlərə iyulun 26-dan avqustun 5-dək qeydiyyatdan keçib ixtisas seçimində iştirak etməyə icazə verilir. Ona görə də ixtisas seçimində iştirak edən abituriyentlərin sayının daha da artacağı gözlənilir.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox