AZ

“Pensiya kalkulyatoru” e-xidmətinə son 6 ayda 992 min müraciət olub

 

47e17be64a755be8883d9843d2656f11.jpg
26.07.2024 16:57

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən biri olan “Pensiya kalkulyatoru”na yanvar-iyun aylarında 992 min müraciət qeydə alınıb.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən TED.az-a verilən məlumata görə, “Pensiya kalkulyatoru” e-xidməti istifadəçiyə mövcud qanunvericilik əsasında ona yaşa görə pensiya hüququnun yaranacağı tarix, hər üç pensiya növü (yaşa, əlilliyə və ailə başçısını itirməyə görə) üzrə tələb olunan sığorta stajı və pensiya kapitalı, hazırda pensiyaçı olub-olmaması və s. barədə məlumat təqdim edir.

 

Ölkənin vahid sosial reyestri olan e.sosial.az portalına keçid edərək, həmin e-xidmətdən istifadə edən hər bir şəxs fərdi şəxsi hesabında toplanmış sosial sığorta kapitalı əsasında ona təyin oluna biləcək pensiya məbləğini də hesablaya bilər.

 

2020-ci ildə istifadəyə verilmiş “Pensiya kalkulyatoru” e-xidmətinə ötən dövrdə müraciət sayı 3,4 milyonu ötüb.

TED + bölməsindən digər xəbərlər

Daha çox