AZ

TKT imtahanına qeydiyyat elan edilir

 

7751beec45efccf585ea4ac2c415000f.jpg
26.07.2024 17:40

Sentyabrın 21-də Dövlət İmtahan Mərkəzində (DİM) növbəti TKT (Teaching Knowledge Test) imtahanı keçiriləcək.

 

DİM-dən TED.az-a bildirilib ki, imtahana qeydiyyat avqustun 6-dək davam edəcək.

 

Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının aşağıda qeyd olunan modulları üzrə imtahan təşkil edir:

 

TKT Modul 1

 

TKT Modul 2

 

TKT Modul 3

 

TKT Modul YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi)

 

TKT Modul CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi)

 

Qeyd edək ki, DİM Kembric ingilis dili üzrə qiymətləndirmə (Cambridge English Qualifications), Kembric ingilis dili üzrə tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. DİM tələb əsasında Kembric ingilis dili üzrə səviyyə testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.

 

İmtahana qeydiyyatdan keçmək üçün linkə daxil ola bilərsiniz.

 

Əlavə məlumat üçün international@dim.gov.az ünvanına yazmaq olar.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox