Yaradıcı Mərkəzin “AI4ART”ı nağılları süni zəka ilə ekranlaşdırdı
AI4ART (Süni zəka incəsənət naminə) layihəsi nağıllarımızı animasiyalaşdırıb.
Trend xəbər verir ki, AI4ART Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Yaradıcı Mərkəz” də həyata keçirilir.
Yaradıcı Mərkəz müasir gənclərin yeni mədəniyyət vərdişlərinin inkişafı üçün toplandığı bir məkandır. Mərkəz ölkəmizin 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən “Yaradıcı Azərbaycan” proqramı çərçivəsində təsis edilib. Yaradıcı və innovativ ekosistemin formalaşdırılması, rəqabətqabiliyyətli gənc kadrların hazırlanması və rəqəmsal transformasiyanın sürətləndirilməsi üzrə həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir. Mədəniyyət Nazirliyi bu kimi təşəbbüsləri dəstəkləyərək gənclərin peşəkar inkişafına və yeni iqtisadi dəyər yaradan layihələrin meydana çıxmasına dəstək olur.
AI4ART təlimi gənclərin yeni peşə vərdişlərinə yiyələnməsinə hədəflənib. İştirakçılar burada süni intellekt texnologiyalarının incəsənət, dizayn, animasiya, media və digər yaradıcı sahələrdə tətbiqi, rəqəmsal kontent istehsalı üzrə nəzəri biliklər və praktiki bacarıqlar əldə edib. Süni intellektin sürətli inkişaf etdiyi dövrdə belə təşəbbüslərin davamlı olması Azərbaycan yaradıcı sənayesinin regional və qlobal miqyasda rəqabət gücünü artırır.
AI4ART təlim proqramının 2-ci mövsümünün sonunda Demo Day (Məzun günü) hər bir iştirakçı layihəsini təqdim edib. 20 layihə kerativlik, innovativlik və tətbiqyönümlülük baxımından qiymətləndirilib. 4 layihə - nağıllarımızın animasiya treylerləri xüsusi fərqlənib və “Fərqləndirilmə sertifikatı” alıb:
Almaz Abdullayeva, “Şəkilçi”
Süni intellektlə hazırlanan brendinq konsepti əsasında yaradılan limitli tablo kolleksiyası. Hər tablo unikal vizuala sahibdir və QR kod vasitəsilə həmin əsərin animasiyalı versiyasına keçid təqdim edir. İlk seriya Azərbaycan xalça motivlərindən ilhamlanıb.
Aynurə Vəlizadə, “Uşaqlar üçün Multimodal Təhsil”
“Uşaqlar üçün Multimodal Təhsil” layihəsi musiqi, animasiya, hərəkət və vizual təsvirlərin sintezi ilə erkən yaşlı uşaqların idrak və emosional inkişafını dəstəkləyən interaktiv tədris modelidir.
Mirtalib Həsənov, “İki alma”
“İki alma” layihəsi Azərbaycan nağıllarına uşaqlar və gənclər arasında marağı artırmağı hədəfləyir. Layihə nağıl motivlərini müasir yanaşma ilə – qısa film formatında yenidən təqdim edir.
Vüsal Abdullazadə, “Duman çəkiləndə”
“Duman çəkiləndə” layihəsi təbiət ilə insan münasibətlərinin mərhələlərini təsvir edən poetik trilogiyanın ilk filmidir. Uşağın bir gün ərzində təbiət qoynunda keçirdiyi duyğusal dəyişiklikləri simvolik dillə təqdim edib.
Süni zəka ilə yaradılan bu animasiyalardakı hekayələrin davamını isə uşaqlar kitabda oxuya bilər. Bununla layihə həm də uşaqlara oxu vərdişləri təşviq edir.
Texnologiya bölməsindən digər xəbərlər
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Məşhur Kompüter İstehsalçılarının Veb Sayt Qadağası Ləğv Edildi!
iOS 26.4 Beta 2 Yeniləməsi Nə Təklif Edir?
Elektrikli Lamborghini Xəyalı Bitdi!
Panasonic Rəsmi olaraq İstehsalını Dayandırır!
Süni İntellekt Pulsuz Tətbiqlərə Son Qoyacaq
Meta və AMD süni intellektdə yeni bir dövrə başlayır
Telegram-ın qurucusu Pavel Durov terrorizmi dəstəkləyirmi?
Firefox Süni İntellekti Söndürmə Düyməsini Əldə Edir
Tesla Dövləti Məhkəməyə Verir!
Forza Horizon 6 Hekayəsi Açıqlandı
Apple-ın Yeni Ağıllı Eynəkləri Samsung-u Hədəfləyir
Klod Təqdimat Saatlarını Sonlandırır!
Xbox-un yeni baş direktoru açıqlandı
Xiaomi 17T və 17T Pro gözləniləndən daha tez gəlir!
iOS və Android arasında şifrələnmiş mesajlaşma başlayır
OpenAI Yeni 100 dollarlıq ChatGPT Paketini Təqdim Edir
Google NotebookLM Dizaynını Tamamilə Yeniləyir
Büdcəyə Uyğun Honor X6d 5G Təqdim Edildi
NVIDIA RTX 5090 Ti Oyunu Dəyişdirəcək
DJI Osmo Pocket 4 üçün Yeni Sızıntılar
iOS 26.3.1 Yeniləməsi Yolda! Nələr Gələcək?
Tesla ölümcül avtopilot qəzasına görə 243 milyon dollar ödəyəcək!
Nvidia OpenAI-yə 30 Milyard Dollar İnvestisiya Edir
Samsung RAM-da əvvəlki gücünü bərpa edibmi?
Google Play Tətbiqləri Məlumat Sızdırır!
iPhone 17e Xüsusiyyətləri Açıqlandı
Honor Magic V6 Xüsusiyyətləri Sızdırıldı
Həftənin ən çox oxunanları
Xiaomi 17T və 17T Pro gözləniləndən daha tez gəlir!
Büdcəyə Uyğun Honor X6d 5G Təqdim Edildi
iOS və Android arasında şifrələnmiş mesajlaşma başlayır
OpenAI Yeni 100 dollarlıq ChatGPT Paketini Təqdim Edir
NVIDIA RTX 5090 Ti Oyunu Dəyişdirəcək
Məşhur Kompüter İstehsalçılarının Veb Sayt Qadağası Ləğv Edildi!
iOS 26.4 Beta 2 Yeniləməsi Nə Təklif Edir?
Google NotebookLM Dizaynını Tamamilə Yeniləyir



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD


