AZ

Samsung tərəfindən ən uzun LED tavan istehsal edildi- VİDEO

358a55dcf8a20cdb14c374c86ec4e699.jpg
09.12.2019 21:00

 

“Samsung Electronics” şirkəti “MSC Cruises” ilə birlikdə “Ən Yaxşı Ümumi Müştəri Təcrübəsi Mükafatı”nı qazanıb.

 

TED.az xəbər verir ki, “Samsung” mükafatı bu il istehsal edilən “MSC Grandiosa” kruiz gəmisinin təchizatına görə alıb. “Samsung” gəmini interaktiv toxunma ekranları, rəqəmsal lövhə və 2400-dən çox televizor ilə təmin edib.

 

Layihədəki ən uğurlu iş isə daxili hissənin tavanında yerləşən 93 metrlik nəhəng “IF040H-D” ekran hesab edilir. Şirkət nümayəndəsinin sözlərinə görə, bu, indiyə kimi quraşdırılmış ən uzun LED “səma”dır.

 

Qeyd edək ki, bu ekran otağın dizaynını daim dəyişir. Tavan sayəsində səyahətçilər gündə üç dəfə işıq performansını izləyə biləcəklər.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox