Dünyanın ən sürətli iki avtomobili bir-birinə qarşı – sizcə, saatda 435,4 kilometr yetərli deyilmi?

Avtomobil həvəskarlarının ən çox önəm verdiyi detallardan biri də sürətdir. "Ölümlə gizlənqaç" hesab olunsa da yaşatdığı adrenalindən dolayı yəqin hamı heç olmasa bircə dəfə sürət həddini aşıb, yaxud bunun arzusundadır.
TED.az bu dəfə avtomobil həvəskarları üçün dünyanın ən sürətli iki avtomobilini müqayisə edib.
Əvvəlcə "Hennessey Venom GT" superkarına nəzər salaq.
Modifikasiya edilmiş mühərriklərinin köməyilə saatda 435,4 kilometr sürətlə hərəkətə qabildir. Mütəxəssislər hesab edirlər ki, yarış zamanı yol düz yox, dairəvi şəkildə olsa, sürət 448 kilometrə çatdırıla bilər.
“Hennessey Venom GT” 2011-ci ildə 431 km/s ilə dünyanın ən sürətli maşını “Bugatti Veyron”un rekordunu 435 km/s sürətlə qırıb. Ancaq bu nəticə “Ginnesin rekordlar kitabı”na salınmadı. Çünki bir maşının sürətinin rəsmi olaraq təsdiqlənməsi üçün eyni sürəti eyni yolda gediş-dönüş şəklində göstərməsi lazımdır. “Hennessey Venom GT” isə bu təcrübəni hava limanında həyata keçirmiş, dönüş üçün təkrar sürət təcrübəsinə isə hava limanının rəhbərliyi icazə verməmişdi
Sözügedən superkarın kapotunun altında altı ötürücülü, əllə idarə edilən sürət qutusu ilə birləşdirilmiş 7.0 litr həcmə malik alüminium bloklu “V8” mühərriki yer alıb. 1244 at gücü və 1565 Nm-dən artıq dönmə qüvvəsi sayəsində 0–100 km/s arasını 2.7 saniyədə tamamlayır.
4.655 m, eni 1.960 m olan avtomobil qapılar və tavan xaric karbon fiberdən hazılanıb. 1.244 ton ağırlığa malikdir. Yanacaq çəninin tutumu 70 litrə bərabərdir.
Bütün bu möhtəşəmliyinə rəğmən “Hennessey Venom GT”nin indi haqqında danışacağımız maşına çatması üçün hələ çox rekord qırması lazım gələcək.
“Bloodhound” adı verilən İngiltərə istehsalı supersonik maşın Cənubi Afrikanın şimalında qurumuş bir gölün yatağında aparılan sürət testində saatda 1010 kilometr sürətlə indiyə qədərki bütün maşınları geridə qoyub.
İndiyə qədər sadəcə 6 avtomobil saatda 965 kilometr sürət həddini aşa bilib.
“Tazı”nın uğurunun diqqətçəkən detallarından biri qırıcı təyyarə mühərriki ilə çalışmasıdır. Maşının dizaynı bundan başqa, raket mühərrikinin qurşadırılmasına da imkan verir.
Ox şəklində dizayn edilmiş maşına gələn il raket mühərrikinin quraşıdırılacağı gözlənilir. Bu gerçəkləşdiyi halda mövcud dünya rekordu olan 1228 kilometr/saat sürəti aşa biləcək.
Superkarlar üçün sürət rekordu 1997-ci ildə ABŞ-da “Thrust SSC” adlı digər Britaniya maşınında qeydə alınıb.
“Bloodhound”un əldə etdiyi 1010 km/saat sürəti sərnişin təyyarəsinin orta sürətindən daha yüksəkdir.
Cavid QƏDİR
Texnologiya bölməsindən digər xəbərlər
Redmi Turbo 5 gözləniləndən tez gəldi!


X çoxdan gözlənilən xüsusiyyəti gətirir


Samsung-un XR qulaqlığı Project Moohan gəlir!


Samsung-un Galaxy S26 seriyası Exynos 2600-dən istifadə edə bilər!


ChatGPT veb brauzeri gəlir!


OpenAI Sora dərin saxta böhrana müdaxilə edir!


OpenAI yeni ChatGPT Atlas veb brauzerini elan edir!


Realme GT8 Pro təqdim olundu!


Honor 500 Pro-nun kamerası və performans təfərrüatları sızdı


Redmi K90 Pro Max böyük batareya ilə gəlir!


Şiddətli oyunlar üçün vergi şoku!


Texnologiya nəhəngləri birləşir: AI üçün internet inqilabı


X istifadəçi adı bazarına doğru ilk addımı atır


Arc Raiders oyunçularının sayı Call of Duty-i üstələyir


Oyun inkişafında süni intellektdən istifadə etməyə başlayır


Instagram yenidən dizayn edilir


WhatsApp çox danışılan funksiyanı təqdim edir


Çinin kvant radarı gizli təyyarələri aşkar edəcək


Windows 11 25H2 quraşdırmayın!


Huawei Mate 80 ilə bağlı yeni sızıntılar ortaya çıxdı


iPhone Fold hər şeyi dəyişə bilər


WhatsApp dəyişir!


2026 Suzuki Jimny elan etdi


Oppo Find X9s batareyası ilə bizi təəccübləndirəcək


Exynos 2600 performansı Apple A19 Pro-dan üstündür


Portativ PlayStation 6 haqqında ilk məlumatlar ortaya çıxdı


Yeni HTC Wildfire oyun telefonu təqdim edildi


Caviar ultra yüngül Qızıl iPhone təqdim etdi!


Microsoft Windows cihazları üçün Xbox emulyatoru hazırlayır


Həftənin ən çox oxunanları
Apple iOS 26.1 beta 3-ü buraxdı

vivo X300 seriyası təqdim olundu!


vivo Pad 5e rəsmi olaraq təqdim edildi!


Telegram bütün iOS versiyaları üçün Liquid Glass dizaynına keçib


Galaxy Watch 7 yeniləndi


Yeni Xbox PS6-dan daha güclü ola bilər


Apple M5 ilə işləyən MacBook üçün geri sayım başladı


Yeni Star Trek seriyası gəlir


Slack AI dəstəyi qazanır


Qüsurlu GPS probleminin həlli

