AZ

Lamborghini Urus krossoveri eksklüziv versiyasını aldı

dfdc3d3911f1b893dc7a4776862a509e.jpg
16.12.2019 10:27

Məşhur Wheelsandmore tüninq-atelyesi  Lamborghini Urus mükafat krossoverinin modifikasiyasının yenidən işlənmiş variantını təqdim edib.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, lyuks modeldə tətbiq edilən 4 litrlik benzin mühərriki 808 at gücü əldə edib. Qeyd etmək lazımdır ki, orijinal istehsalda krossover 650 at gücünə malikdir. Bundan əlavə, məhsuldarlığın əhəmiyyətli dərəcədə artmasına yeni motor idarəetmə bloku və egzoz sistemi sayəsində nail olunub.

 

Avtomobil adaptiv asqı və artırılmış klirens alıb. Tətbiq olunan dəyişiklikləri nəzərə alaraq Lamborghini Urus krossoverinin dəyəri 21 min avroyadək artıb. Satışların başlanğıcı barədə heç bir məlumat verilmir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox