Yaxın gələcəkdə bank işçilərini süni intellekt əvəz edəcək
Şimali Amerikadakı bankların süni intellekt və avtomatlaşdırma texnologiyalarından istifadə edərək, 2025-ci ilə qədər 70 milyard dollar qənaət edəcəyi təxmin edilir. Say baxımından bir çox bank gələcəkdə sistemlərini süni intellektə həvalə edə bilər.
TED.az xəbər verir ki, Accenture tərəfindən edilən araşdırmaya görə bank işi, sığorta və kapital kimi sektorlar süni intellektin tətbiqi, işçilərin sayının azalması və istehsalın artması ilə inkşaf edəcək.
Tədqiqatlar qənaətin 140 milyard dollara çatacağını, beləliklə, iş saatının azaldılması ilə şirkətlərin işçi qüvvəsinə, yüksək dəyərli fəaliyyətə, innovasiya, ictimaiyyətlə əlaqələr və müştəri təcrübəsinə diqqət ayıra biləcəyi bildirilib.
Bildirilir ki, 2025-ci ilə qədər işlərin 7-10 faizi avtomatlaşdırılacaq. İnnovasiya və müştəri təcrübəsi kimi xidmətlərin əhəmiyyətli dəyər yaratdığını iddia edən Accenture məmur, şəxsi maliyyə məsləhətçiləri, xəzinədar və müştəri xidmətləri nümayəndələri tərəfindən görülən işlərin yarısının avtomatlaşdırma yolu ilə aparılacağına diqqət çəkib. Beləliklə, bugünkü avtomatlaşdırılmış ödəniş təlimatları gələcəkdə bir çox bank əməliyyatlarının əsasını təşkil edəcək.
“Citigroup”, “Capital One” və “JPMorgan Chase” kimi banklar artıq işçilərinə kömək etmək üçün süni intellekt texnologiyalarından istifadə edirlər. Bildirilir ki, 2030-cu ilə qədər banklar xərcləri azaltmaq üçün 1,3 milyon insanı işdən azad edə bilər.
Bu gün bank işi hələ də ən populyar peşələrdən biridir. Bank sektorunda olan şirkətlər avtomatlaşdırma və süni intellekt sahəsindəki yatırımları ilə bir çox insanın işlərini itirəcəklərini bildiyi halda, sərmayə yatırırlar. Bu populyar “ağ yaxa” peşəsinin tədris və ya kulinariya kimi peşələrdən daha çox, süni intellekt tərəfindən təhdid edildiyi bildirilir.
Texnologiya bölməsindən digər xəbərlər
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Google Health 5.03 yeniləməsi yayımlandı: Yuxu izləmə və Strava inteqrasiyasında mühüm yeniliklər
Sony disk dövrünü bitirir: PlayStation oyunlarında yeni era başlayır
Azərbaycan şərabçılığının uğuru: Chabiant Bayan Shira Decanter World Wine Awards 2026 müsabiqəsində medal qazandı
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Elektrikli avtomobillərdə yeni dövr: 30 il ömürlü natrium-ion batareyalar təqdim edildi
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Apple-ın 2026-cı il OLED ekran tədarükçüləri məlum oldu
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı
Vikipediyanın həmtəsisçisi platformada bloklandı
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Women in CyberSecurity Azerbaijan kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyənlər üçün vebinar təşkil edib
Apple kameralı AirPods üzərində işləyir: təqdimat tarixi açıqlanıb
Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb
WhatsApp Android üçün yeni bölməni sınaqdan keçirir
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
iPhone 18 Pro Max tarixin ən böyük batareyası ilə gələ bilər
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD




