AZ

Rusiya və Yaponiya Ayda işləmək üçün robot yaradır

d7a92a03da184b4de89a6149387ab2bf.jpg
16.12.2019 13:30

Yaponiyanın GITAI şirkəti və Rusiyanın “Androidnaya texnika” elmi-istehsalat birliyi birgə əməkdaşlıq çərçivəsində Ay səthinə göndərmək üçün robot yaradacaq.

 

TED.az xəbər verir ki, bu barədə mətbuata “Androidnaya texnika” şirkətinin icraçı direktoru Yevgeni Dudorov məlumat verib.

 

Y.Dudorov bildirib ki, yaponiyalı həmkarları ilə eyni fikirdədirlər: “Bu, yaxın və uzaq kosmosun mənimsənilməsi üçün robot texnikası komplekslərinin plana uyğun inkişafıdır. İlkin mərhələdə Ayda işləmək və faydalı funksiyaları yerinə yetirmək üçün sözügedən kompleksləri yaradırıq”.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox