Huawei Y7: qiyməti və özəllikləri
Çinin texnologiya nəhəngi “Huawei” hər ötən gün alıcılarını yeni məhsullarla sevindirməkdə davam edir. Amerika Birləşmiş Ştatları kimi hegemon ölkənin sanksiyalarına əminliklə sinə gərən şirkət bu il də istehlakçılarına yeni smartfonlar təqdim edib.
TED.az olaraq “TEDfon” rubrikasında 2019-cu ilin sevilən modellərindən “Huawei Y7”nin qiymət və özəlliklərini araşdırmışıq:
“Huawei Y7”
Daha çox az və orta gəlirli təbəqə üçün nəzərdə tutulan smartfon “bahalı modellərdən çox da geri qalmır. Hətta bəzi göstəricilərinə görə onları qabaqlayır” desək yanılmarıq.
Android əməliyyat sisteminin Android 8.1 (Oreo) versiyası ilə çalışan cihaz 6,26 düym ölçüdə ekrana sahibdir. 13 və 2 Mp-lik iki arxa, 8 Mp-lik bir ön kamerası var.
3 GB operativ, 32 GB əsas yaddaşa mailk smartfon Octa-Core 1.8 Ghz prosessoru ilə çalışır.
İki sim kart, barmaq izi oxuyucu, 3G, 4G və GPS texnologiyaları mövcuddur.
Telefon Kontakt Home mağazalar şəbəkəsində 1 illik zəmanətlə 359,99 manata satılır.
Bundan başqa, mağaza mobil cihazı 6, 9, 12 aylıq faizsiz, ilkin ödənişsiz kreditlə də müştərilərə təqdim edir. 15 və 18 aylıq kreditlərdə isə müəyyən faiz hesablanır.
Əlavə olaraq, kreditlə satış zamanı rəsmiləşdirmə işləri üçün 5-8 faiz xidmət haqqı tutulur.
Sözügedən telefon Optimal Electronics-in saytında 359 manata təklif olunur. Üstəlik, “Birkart” istifadəçiləri üçün 18 ayadək faizsiz kredit xidməti var.
Baku Electronics-in saytında da sözügedən telefon 359 manatdır.
Bundan başqa, mağaza alıcılara 1 illik zəmanət və 1 illik faizsiz kredit təklif edir.
World Telecom-da bu telefon 379 manata satılır. Birkart və Albalıkart istifadəçiləri 12 aylıq faizsiz kreditdən yararlana bilərlər.
Digər müştərilər 6, 12 aylıq faizsiz kreditlə sahib ola bilərlər. Amma bunun üçün ilk seçimdə əvvəlcədən 189,5 manat ödəniş lazım gəlir.
Sözügedən mağazada məhsulun rəsmiləşdirilməsi zamanı 5-10% komissiya məbləği tələb oluna bilər. Bundan başqa, iş yerinizdən asılı olaraq 1, 2 və ya 3 aylıq ilkin ödəniş lazım gələ bilər.
Maxi.az-da bu smartfon 399 manatdır. Alıcıların müxtəlif şərtlərlə 2-24 aylıq kreditlərdən yararlanması mümkündür.
Cavid QƏDİR
Texnologiya bölməsindən digər xəbərlər
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Google Health 5.03 yeniləməsi yayımlandı: Yuxu izləmə və Strava inteqrasiyasında mühüm yeniliklər
Sony disk dövrünü bitirir: PlayStation oyunlarında yeni era başlayır
Azərbaycan şərabçılığının uğuru: Chabiant Bayan Shira Decanter World Wine Awards 2026 müsabiqəsində medal qazandı
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Elektrikli avtomobillərdə yeni dövr: 30 il ömürlü natrium-ion batareyalar təqdim edildi
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Apple-ın 2026-cı il OLED ekran tədarükçüləri məlum oldu
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı
Vikipediyanın həmtəsisçisi platformada bloklandı
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Women in CyberSecurity Azerbaijan kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyənlər üçün vebinar təşkil edib
Apple kameralı AirPods üzərində işləyir: təqdimat tarixi açıqlanıb
Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb
WhatsApp Android üçün yeni bölməni sınaqdan keçirir
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
iPhone 18 Pro Max tarixin ən böyük batareyası ilə gələ bilər
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD




