Google Assistant danışığı 44 dilə tərcümə etməyi öyrəndi
Demək olar ki, bir il əvvəl Google Las-Veqasda (ABŞ) keçirilən CES 2019 texnologiya sərgisində Google Assistant səs köməkçisinin yeni xüsusiyyətini – 27 fərqli dildə tərcüməni təqdim etmişdi. TED.az xəbər verir ki, indi bu funksiya daha da təkmilləşdirilərək mobil cihazlara əlavə edilir.
iOS və Android əməliyyat sistemlərində çalışan smartfon istifadəçiləri Google Assistant tətbiqini tərcüməçi rejimində istifadə edərək xaricilərlə ünsiyyət qura bilərlər. Funksiya xarici dil bilməyən səyahətçilər üçün faydalıdır – o, yolu soruşa, kafedə nəsə sifariş edə və ya başqa mədəniyyətin nümayəndələri ilə söhbət etməyə imkan verir.
İndi Google səs köməkçisi 44 dildə tərcüməni mümkün edir. Üstəlik, yeni versiyada danışdığınız dili özünüz seçə bilərsiniz (əvvəllər belə bir seçim yalnız avtomatik olaraq həyata keçirilirdi).
Şifahi nitqi tez bir zamanda tərcümə etməyə imkan verən Google Assistant-ın yenilənmiş versiyası Pixel 4 Google smartfonları üçün artıq mövcuddur. Səs köməkçisinin ingilis dilli versiyası internet bağlantısı olmadan da fəaliyyət göstərə bilir. Google-un vurğuladığı kimi Pixel 4 smartfonları üçün Google köməkçisi əvvəlki nəsil cihazlarına nisbətən daha sürətli işləyir.
Texnologiya bölməsindən digər xəbərlər
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Google Health 5.03 yeniləməsi yayımlandı: Yuxu izləmə və Strava inteqrasiyasında mühüm yeniliklər
Sony disk dövrünü bitirir: PlayStation oyunlarında yeni era başlayır
Azərbaycan şərabçılığının uğuru: Chabiant Bayan Shira Decanter World Wine Awards 2026 müsabiqəsində medal qazandı
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Elektrikli avtomobillərdə yeni dövr: 30 il ömürlü natrium-ion batareyalar təqdim edildi
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Apple-ın 2026-cı il OLED ekran tədarükçüləri məlum oldu
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı
Vikipediyanın həmtəsisçisi platformada bloklandı
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Women in CyberSecurity Azerbaijan kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyənlər üçün vebinar təşkil edib
Apple kameralı AirPods üzərində işləyir: təqdimat tarixi açıqlanıb
Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb
WhatsApp Android üçün yeni bölməni sınaqdan keçirir
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
iPhone 18 Pro Max tarixin ən böyük batareyası ilə gələ bilər
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD




