AZ

Ən məşhur və nüfuzlu qacetlərin siyahısı açıqlandı

00a82a6ed31d66cad46a6fca94ff71a1.jpg
17.12.2019 09:06

10 ilin ən məşhur və nüfuzlu qacetlərinin siyahısı açıqlandı.

 

TED.az xəbər verir ki, birinci yerdə Apple iPad planşetləri yer alıb. Sözügedən planşet 2010-cu ildən satışa çıxarılıb və portativ cihazların inkişaf tonunu müəyyənləşdirib.

 

Siyahının ikinci pilləsində Tesla Model S avtomobili qərarlaşıb. Tesla Model S avtomobil modeli aramla, amma düzgün şəkildə dünya miqyasında avtomobillərin trayektoriyasını dəyişdirdi.

 

Reytinqin üçüncüsü isə Raspberry Pi mini kompüteri olub. Bu kompüterlər məktəblərdə kadr yetişdirmək üçün istehsal olunub.

 

Siyahının digər yerlərində isə ardıcıl olaraq, Google Chromcast media pleyeri, YouTube-un ən məşhur dronuna çevrilən DJI Phantom, Amazon Echo səsgücləndiricisi, Apple Watch və Apple AirPods qərarlaşıb.

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox