AZ

Xiaomi Mi 10-un nə zaman təqdim ediləcəyi məlum oldu

8d147a36a4cad49b553c8b6903c2c0b9.jpg
17.12.2019 19:30

Bu, lap tezliklə baş tutacaq

 

Xiaomi artıq Mi 10 iş smartfonlarına malikdir. Belə ki, şirkətin top meneceri bunlardan birini istifadə edir. Bununla belə, cihaz barədə hələ ki, çox az məlumat yayılıb.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, hələlik cihazın əsasını SoC Snapdragon 865-in təşkil edəcəyi dəqiq məlumdur.

 

İndi  smartfonun anons edilməsi haqqında bir az daha əminliklə danışmaq olar. Xiaomi-yə məxsus Redmi markasının nümayəndəsi Mi 10-un ilk rübdə buraxılacağını təsdiqləyib. Heç bir detal olmasa da ehtimal ki, bu, fevral ayının sonunda və ya mart ayında baş tutacaq. Yenilik piştaxtalarda görünənlər arasında SoC Snapdragon 865 ilə işləyən ilk smartfonlardan biri olacaq.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox