AZ

2019-cu ilin gecə rejimi olmayan yeganə flaqmanı

76bff1356cfca0a67b50ff5be9149b62.jpg
18.12.2019 17:10

Bu il smartfon sənayesi alt ekran görüntü sensorlarını aktiv şəkildə uyğunlaşdırdı və mobil cihaz kameralarının imkanlarını daha da yaxşılaşdırdı. Xüsusilə gecə çəkilişi rejimi nisbətən ucuz smartfonlarda da təmin olundu.

 

Ancaq smartfon bazarında HMD Global-a məxsus gecə çəkilişi rejimini dəstəkləməyən Nokia 9 PureView də var.

 

TED.az xəbər verir ki, “HMD Global” şirkətinin baş direktorunun köməkçisi Yuxo Sarvikas smartfonun nə üçün gecə rejimində çəkilişi dəstəkləmədiyini izah edib. O bildirib ki, smartfonun yaradılmasında “Light” texnologiyasından istifadə edilib ki, bu da kameranın işində hansısa dəyişiklik edilməsinə mane olur. O, kameranın bu xüsusiyyətinə görə "aşağı işıq alqoritmini" istifadə edə bilmədiklərini deyib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox