AZ

Xiaomi-nin yeni cihazı meyvə və tərəvəzləri bakteriyalardan təmizləyir

18d8f900d8353ae8e214ac8129ea1db5.jpg
18.12.2019 18:03

“Xiaomi” şirkəti dünyanı təəcübləndirməyə davam edir.

 

TED.az xəbər verir ki, “Xiaomi” suda işləyən yüksək enerjili ion şüalandırıcısını təqdim edib.

 

 

Qacetin generatoru suyun tərkibində olan vodorod ionlarını hidroksid ionlarından ayırır, nəticədə turşuma prosesi baş verir və suda qalan meyvə və tərəvəzlər bakteriyalardan təmizlənir.

 

Bakteriya təmizləyicisi 4400 mAs-lıq batareyasının vasitəsilə təkrar enerji yığmadan 35 dəfəyə qədər işlədilə bilər.

 

Qeyd edək ki, cihazın qiyməti 47 manatdır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox