AZ

VKontakte şəbəkəsi daha bir yenilik etdi

56df96858f885e0d3fc2ea067b76201d.jpg
19.12.2019 10:45

VKontakte sosial şəbəkəsi öz funksiyasına ən çox müzakirə olunan mövzulardan, trendlərdən və müxtəlif xidmətlərdən bəhs edən “Focus”  nəşrini əlavə etdi.

 

TED.az xəbər verir ki, bu haqda şirkətin mətbuat xidmətindən məlumat yayılıb.

 

Sözügedən media nəşri artıq VKontakte saytında və şəbəkənin mobil tətbiqində, “Tövsiyələr” bölümündə mövcuddur.

 

“Biz hər gün redaksiya məqalələrini, mütəxəssis məsləhətlərini, ilhamlandırıcı müsahibələri və seçilmiş tematik mövzuları təqdim edəcəyik”, – deyə “Focus”un baş redaktoru Vlad Leqotkin qeyd edib.

 

Qeyd edək ki, daha öncə VKontakte şəbəkəsində “Xatirələr” bölümü əlavə olunmuşdur.

 

Dünya bölməsindən digər xəbərlər

Daha çox