Umayra Tağıyeva hazırda müşahidə olunan dumanla bağlı açıqlama verdi
Bakıda müşahidə olunan qatı dumanın səbəbləri açıqlanıb.
TED.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bir neçə gündür ölkədə dekabr ayı üçün anormal hava şəraiti müşahidə edildiyini və temperatur rejiminin çoxillik normadan 4-5 dərəcə yüksək olduğunu deyib.
O qeyd edib ki, hazırda müşahidə olunan duman gözlənilən sinoptik hadisədir, meteoroloji dumandır: “Bu duman havanın rütubətliyinin artması və temperatur inversiyası, yəni yer səthindən yuxarı qalxdıqca temperaturun azalması yerinə artması şəraitində yaranan meteoroloji hadisədir. Belə duman Abşeron yarımadasında əvvəlcə dəniz üzərində yaranır və dənizdən olan zəif küləklərlə quruya doğru yayılır. Adətən günorta saatlarında seyrəlir, lakin qışda nisbətən uzun müddət qala bilir. Hazırda müşahidə edilən zəif cənub-şərq küləyi sabah şimal küləyi ilə əvəz olunacaq və nəticədə duman ehtimalı azalır”.
U.Tağıyeva bildirib ki, əhali narahat olmasın, müşahidə olunan duman smoq, yəni havanın Yer səthinə yaxın hissəsinin tüstü və hiss qarışığı olan qatı duman ilə çirklənməsi deyil.
TED + bölməsindən digər xəbərlər
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Google Health 5.03 yeniləməsi yayımlandı: Yuxu izləmə və Strava inteqrasiyasında mühüm yeniliklər
Sony disk dövrünü bitirir: PlayStation oyunlarında yeni era başlayır
Azərbaycan şərabçılığının uğuru: Chabiant Bayan Shira Decanter World Wine Awards 2026 müsabiqəsində medal qazandı
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Elektrikli avtomobillərdə yeni dövr: 30 il ömürlü natrium-ion batareyalar təqdim edildi
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Apple-ın 2026-cı il OLED ekran tədarükçüləri məlum oldu
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı
Vikipediyanın həmtəsisçisi platformada bloklandı
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Women in CyberSecurity Azerbaijan kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyənlər üçün vebinar təşkil edib
Apple kameralı AirPods üzərində işləyir: təqdimat tarixi açıqlanıb
Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb
WhatsApp Android üçün yeni bölməni sınaqdan keçirir
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
iPhone 18 Pro Max tarixin ən böyük batareyası ilə gələ bilər
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD




