AZ

Azərbaycanda 2019-cu ilin ən populyar dövlət saytları - STATİSTİKA

ef0c3d2c3dad6469bed25fb349f5ce11.jpg
03.01.2020 12:50

2019-cu il üzrə Azərbaycanda ən populyar dövlət saytlarının adları açıqlanıb.

 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən TED.az-a verilən məlumata görə, "tqdk.gov.az", "edu.gov.az", "dim.gov.az", "taxes.gov.az", "mia.gov.az", "migration.gov.az", "mod.gov.az", "mfa.gov.az", "mct.gov.az", "fhn.gov.az" ən çox istifadəçi girişi ilə ilk 10-luğu təşkil edir.

 

Hesabat dövründə yerli icra hakimiyyəti orqanlarından daha çox Binəqədi, Sabunçu, Qazax, Nəsimi rayon və Bakı şəhər icra hakimiyyətinin rəsmi internet resursuna istifadəçi müraciəti qeydə alınıb.

 

Dövr ərzində dövlət saytlarına xarici ölkələrdən ABŞ, Rusiya, Türkiyə, Ukrayna, İngiltərə, Fransa, Almaniya və Estoniyadan daha çox istifadəçi müraciət edib.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox