AZ

Azərbaycanla İran arasında sərhədin bağlanması haqda qərarın müddəti uzadıldı

2cdff22e230ce05acb092d6a87fbb254.jpg
25.03.2020 15:52

Azərbaycanla İran arasında sərhədin bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TED.az-a bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədinin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır.

 

Qeyd edək ki, bundan əvvəl 12 mart 2020-ci il tarixindən etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədləri məhdudlaşdırıcı rejim əsasında bağlanmışdı.

TED + bölməsindən digər xəbərlər

Daha çox