Azercell fədakar tibb işçilərini dəstəklədi
Mobil operator koronavirusla mübarizə aparan həkim və tibb işçilərinin balansını artırdı (bolt və kursiv).
“Azercell Telekom” MMC koronavirus infeksiyası (COVİD-19) ilə mübarizə üzrə fəaliyyət sahəsində daha bir sosial məsuliyyət tədbiri həyata keçirib.
TED.az xəbər verir ki, şirkət müxtəlif tibb məntəqələrində və karantin mərkəzlərində koronavirusla mübarizədə həyatlarını riskə ataraq fədakarlıqla öz vəzifə borclarını yerinə yetirən tibb işçilərinə rabitə dəstəyi göstərib. Belə ki, “Azercell” öz abunəçiləri ilə digər iki operatorun abunəçiləri arasında heç bir fərq qoymadan yüksək məsuliyyətli iş başında olan 600-dən çox tibb işçisinin hər birinin balansına 50 AZN həcmində məbləğ yükləyib. Yüklənilən hədiyyə məbləği müasir mobil rabitənin təmin etdiyi bütün xidmətlər (şəbəkədaxili/şəbəkəxarici/ölkəxarici zənglər, SMS, mobil internet) üçün istifadə oluna bilər. Qeyd edək ki, tibb işçilərinin siyahısı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən təqdim olunub.
Xatırladaq ki, mobil operator ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat vəsait ayırıb. Şirkət, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Qaynar xətt”inə (1542) pulsuz zəngləri təmin edən ilk mobil operator olmaqla yanaşı, hazırda Azərbaycanla nəqliyyat əlaqələri məhdudlaşdırılmış ölkələrdə olan və rouminq xidmətindən istifadə edən abunəçilərin balansına 50 manat məbləğində pul vəsaiti də yükləyib. Bundan əlavə, Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə birlikdə 5 728 aztəminatlı ailəyə sovqat verilib. Bu layihə dövlətin koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə sahəsində sosial izolyasiya tədbirlərinə dəstək məqsədi daşıyıb. Bunlarla yanaşı, “Azercell” istifadəçiləri üçün “Mobil Ödəmə” xidməti vasitəsilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı yaradıb.
Mobil operator 65 yaşdan yuxarı olan abunəçilərinə “Azercell”in müştəri xidmətlərindən evlərini tərk etmədən yararlanmaq imkanı təklif edib. Ödənişli mobil müştəri xidmətləri bu kateqoriyaya aid olan insanlara ödənişsiz formada göstəriləcək. Belə ki, zəruri hallarla bağlı yaranan problemlərin (sim-kart dəyişikliyi kimi servislər) həlli vətəndaşların evlərinə gedilməklə təmin olunacaq.
TED + bölməsindən digər xəbərlər
Apple üçün şok! İtirilmiş dava!
Instagram-ın AI redaktə aləti: Restyle
Galaxy S26 seriyası gecikə bilər
Apple xəbərdarlıq edir: iPhone-da Google Chrome istifadə etməyin
Android oyun təcrübəsi GameHub 5.2 ilə yeni səviyyəyə qalxır
Nothing Phone (3a) Lite Geekbench-də tapılmadı!
Android 16 yeniləməsini alan Sony modelləri!
EA Sports FC 26 məhdud müddət üçün pulsuzdur!
General Motors radikal qərar qəbul edib
Skoda Superb rekord qırdı!
Snapdragon 6s Gen 4 sərfəli modellər üçün təqdim olundu!
Windows 11 şad xəbəri elan edir
Məşhur model üçün bir UI 8 yeniləməsi buraxıldı!
Redmi Watch 6 təqdim olundu
Səhv Yeniləmə Minlərlə Jeep Wranglers Yolda ilişib qaldı!
Dünyanın ən ucuz insanabənzər robotu gəlir
EA-nın oyunları süni intellektə həvalə olunur!
Exynos 2600 haqqında xoşagəlməz iddia
DDR5 RAM qiymətləri rekordları qıra bilər
PS5 satışları PS3-ü ötüb!
WhatsApp və ChatGPT üçün pis xəbər
Tesla AI5 çipini təqdim etdi!
Instagram yeni proqram loqolarını təqdim edir
Elektrikli Seat Ibiza gəlir
YouTube Shorts limiti əldə edir
Elon Mask 1 trilyon dollar tələb edir: Robot ordusu vacibdir!
Yeni Kia Telluride gəlir
WhatsApp radikal qərar verib
Həftənin ən çox oxunanları
Poco F8 Ultra dizaynı ortaya çıxdı.
Microsoft Windows cihazları üçün Xbox emulyatoru hazırlayır
Honor 500 Pro-nun kamerası və performans təfərrüatları sızdı
Caviar ultra yüngül Qızıl iPhone təqdim etdi!
Redmi K90 Pro Max böyük batareya ilə gəlir!
iPhone 17 Pro solmağa davam edir
Arc Raiders oyunçularının sayı Call of Duty-i üstələyir
Exynos 2600 performansı Apple A19 Pro-dan üstündür
Windows 10 istifadəçiləri Linux-a keçməyə başlayıblar



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD



