KOBİA-nın dəstəyi ilə onlayn supermarket yaradıldı

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tətbiqi və əhalinin sosial təcrid olunması, eləcə də infeksiya səbəbindən ev şəraitində qalmağa üstünlük verən vətəndaşlar qida və ərzaq məhsullarına olan tələbatlarını evdən çıxmadan onlayn sifariş verə bilərlər. Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə onlayn supermarket (“BakuMart Supply” tətbiqi) yaradılıb.
Agentlikdən TED.az-a verilən məlumata görə, ərzaq məhsullarının çatdırılması xidmətlərinin təşkilinə dair KOBİA-nın təchizatçı, pərakəndə satış və logistika şirkətləri ilə keçirdiyi görüşlərin və Agentliyə daxil olan müraciətlərin nəticəsində “BakuMart Supply” tətbiqi təkmilləşdirilib və mövcud vəziyyətlə bağlı karantin tələblərinə uyğunlaşdırılıb. “BakuMart Supply” tətbiqinin təkmilləşdirilməsinə KOBİA ilə yanaşı, biznes tərəfdaşlığı platforması çərçivəsində yerli logistika, təchizat və onlayn ödəniş sistemləri tərəfindən də dəstək göstərilib.
Karantin dövründə “BakuMart Supply” vasitəsilə edilmiş sifarişlərin çatdırılması pulsuzdur.
Onlayn supermarketə sifarişlər yalnız veb sayt (https://bakumart.az/#/landing) və mobil tətbiq vasitəsilə verilə bilər:
iOS istifadəçiləri üçün yükləmə linki - bit.ly/bakumartiosA
Android istifadəçiləri üçün yükləmə linki - bit.ly/bakumartandroid
KOBİA xüsusi karantin rejimində ev şəraitində olan vətəndaşların ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbatının daha dolğun qarşılanması, bu istiqamətdə elektron xidmətlərdən istifadənin genişləndirilməsi istiqamətində tədbirlərini davam etdirir.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Qazaxıstan Ayətrafı teleskoplu peyk üzərində çalışır - Türk dövlətlərini əməkdaşlığa çağırır


“Ecotracker” mobil tətbiqinin təqdimatı olub


"Google Chrome" brauzerini almaq istəyən şirkətin adı açıqlandı


İnsanlar apokalipsisdən çox süni intellektdən qorxurlar


Britaniya ordusu təlimlərdə SZ dəstəkli İQP-lərdən istifadə edib


Bu ölkədə zəlzələ ilə bağlı proqnoz verən astroloq həbs olunub


Türk dövlətlərinin birgə peyk sistemini qurmağı hədəfləmişik - Qazaxıstanlı layihə direktoru


BƏƏ rəsmisi: "Kosmik proqramların davamlı inkişafı üçün özəl sektorun rolu əsasdır"


Bülent Avenoğlu: “Türkiyə dərin kosmos missiyalarına start verib”


Sabah Azərbaycanda 32 dərəcə isti olacaq


“Aztelekom” yenidən təşkil olunur


Birinci rübdə “e-sosial” portalından 3,3 milyon dəfə istifadə olunub


Azərbaycan hərbçiləri “KURTARAN-2025” təlimlərində iştirak edəcək


“İnformasiya savadlılığı və süni intellekt” - elmi seminar


Britaniya hökuməti yaşıl enerji sektoruna 300 milyon funt sterlinq dəyərində dəstək elan edib


Çinin “Şencou-20” gəmisi kosmik stansiya ilə birləşib


Həftənin ən çox oxunanları
Yeni texnologiya müxtəlif xəstəliklərin erkən aşkarlanmasını dəstəkləyə bilər - TƏDQİQAT


Rezidentura imtahanı elektronlaşdırılacaq


Ali məktəblərə qəbul imtahanının 1-ci cəhdi üçün abituriyentlərin qeydiyyatı davam edir


"Bitcoin"in qiyməti 90 min dolları keçdi


Hüquqi şəxsin və ya fərdi sahibkarın müflis elan edilməsi barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilib


Naxçıvanda POS-terminalların sayı 30%-dən çox artıb


AMB-də sığorta sahəsində rəqəmsallaşma prosesləri müzakirə olunub


Hacıqabulda narkokuryerlik edən şəxs saxlanılıb

