AZ

Rusiyalı məmurun İnstaqram hesabı bloklandı

325
03.06.2020 14:44

Feysbuk şirkəti Rusiya Federasiyasının Voronej vilayətinin qubernatoru Aleksandr Qusevin İnstaqram hesabını bağlayıb.

 

TED.az xəbər verir ki, səhifənin bağlanma səbəbi kimi anonim istifadəçinin şikayəti göstərilir.

 

Səhifənin fəaliyyətinin ilk günündə bloklandığı qeyd olunur. Sözügedən qubernatorluğun mətbuat xidmətindən bildiriblər ki, Feysbuk şirkəti hesabın kilidini açmaq üçün Aleksandr Qusevin şəxsiyyət vəsiqəsinin və ya sürücülük vəsiqəsinin surətini tələb edir.

 

Qeyd edək ki, qubernatorun İnstaqram səhifəsi bir gün əvvəl yaradılıb. Ancaq səhifə cəmi bir neçə saat fəaliyyət göstərib.

TED + bölməsindən digər xəbərlər

Daha çox