Universitetlərdə onlayn məzun günü necə qeyd ediləcək?

Pandemiya ali təhsil müəssisələri qarşısında distant təhsildən başqa seçim qoymadığına görə, onlayn məzun gecəsi məsələsi xeyli aktuallaşıb.
Bəs, ali təhsil müəssisələri bu işdə nə dərəcədə maraqlıdırlar? Ölkə universitetləri onlayn məzun günü üçün necə bir proqram nəzərdə tutublar?
Bakı Dövlət Universitetindən TED.az-a bildirilib ki, onlayn məzun günü keçirilməyəcək, bunun əvəzinə məzunlar üçün video təbrik hazırlanacaq: "Videotəbrikdə ölkənin flaqman ali məktəbi olan BDU-nun keçdiyi inkişaf yolu, rektorun təbriki, hər fakültənin universiteti fərqlənmə diplomu ilə bitirən, aktiv tələbələrindən birinin ürək sözləri, arzularına yer verilməsi nəzərdə tutulub".
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən verilən məlumatda qeyd olunub ki, hələlik, bu məsələ nəzərdən keçirilir. Tələbələrin onlayn məzun günündə iştirak imkanları, bunun nə dərəcədə effektiv olacağı araşdırılır.
Azərbaycan Dövlət Texniki Universitetindən verilən məlumata görə, ali məktəbin televiziya studiyası onlayn məzun günü üçün videoçarx hazırlayır: "Videoçarxda universitetin rektoru Vilayət Vəliyevin təbriki, həmçinin hər fakültə üzrə 2 əlaçı tələbənin fikirləri yer alacaq. İyunun 30-da hər fakültə ayrı-ayrılıqda Zoom proqramı vasitəsilə onlayn görüş təşkil edəcək. Görüşdə videoçarx təqdim olunacaq, eyni zamanda dekanlar və müəllimlər tələbələrlə onlayn görüşüb təbriklərini çatdıracaq. Universiteti fərqlənmə diplomu ilə bitirən məzunlar fəxri fərmanla da təltif olunublar. Fəxri fərmanların məzunlara sərt karantin rejimi bitdikdən sonra göndərilməsi nəzərdə tutulub".
Azərbaycan Dillər Universitetindən də bu məsələnin hələlik müzakirə olunmadığı bildirib. Qeyd edilib ki, bu barədə konkret plan yoxdur.
Bakı Ali Neft Məktəbindən verilən məlumatda isə qeyd olunub ki, burada onlayn formatda “Məzun Günü” tədbirinin təşkili nəzərdə tutulub: "Hazırda bu istiqamətdə hazırlıq prosesi aparılır. Ənənəvi, təmtaraqlı “Məzun Günü” tədbirlərimizdən bir qədər fərqlənsə də, mövcud vəziyyətə uyğun olaraq bu il də məzunlarımızın yola salınmasını xüsusi formada qeyd edəcəyik. Tədbir proqram və kompozisiya baxımından zəngin olacaq. Proqrama Bakı Ali Neft Məktəbinin Rektoru Elmar Qasımovun məzunlarımıza təbriki, əvvəlki illərdə Ali Məktəbimizi bitirən məzunların dünyanın müxtəlif universitetlərindən və transmilli şirkətlərdən builki məzunlara göndərdiyi təbrik videosu, builki məzunların təəssürratları, Ali Məktəb üzrə “İlin tələbəsi”-nin, eləcə də ixtisas birincilərinin elan olunması, musiqi nömrələri və s. daxildir".
Lamiyə SÜLEYMANLI
e-Azərbaycan bölməsindən digər xəbərlər
Microsoft Windows cihazları üçün Xbox emulyatoru hazırlayır


iPhone 17 Pro solmağa davam edir


WhatsApp-da Spam Dövrü Bitir?


Səslə aktivləşdirilmiş foto redaktə dövrü başlayır!


Realme GT 8 xüsusiyyətləri sızdırıldı


Artıq Vikipediyaya üstünlük verilmir!


Windows 10 istifadəçiləri Linux-a keçməyə başlayıblar


Firefox pulsuz VPN təklif edir!


Android XR proqramları Google Play Store-da görünür


Poco F8 Ultra dizaynı ortaya çıxdı.


Apple əməkdaşları Siri-dən narahatdırlar


iPhone Air istehsalı məhdudlaşdırılır!


Redmi K90 Pro Max-ın audio xüsusiyyətləri təsir edici olacaq!


Android 16 əsaslı Realme UI 7 üçün geri sayım!


Apple-ın M5 Çipi Köhnə Ultra Modelləri Yaxalayır!


İlk bərk vəziyyətdə olan akkumulyatorla işləyən elektrik avtomobili 2027-ci ildə gəlir!


Dünyanın ən yüngül noutbuku: Cəmi 634 qram!


OpenAI elan edir: GPT-6 bu il buraxılmayacaq


X alqoritmi dəyişir: Qrok qərar verəcək!


Huawei Nova Flip S təqdim olundu


Galaxy S26 Pro haqqında yeni iddialar!


Sony Xperia 1 VIII eSIM verilənlər bazasında görünür


Xiaomi 18 seriyası sızdırıldı


Oppo Watch S elan etdi


M5 çipli Mac kompüterləri tezliklə təqdim ediləcək


Ən son Volkswagen Touareg təqdim olundu


Pinterest AI tərəfindən yaradılan məzmunu məhdudlaşdırır.


Həftənin ən çox oxunanları
Apple iOS 26.1 beta 3-ü buraxdı

Xiaomi 17 Ultra təəccüblü bir xüsusiyyət təqdim edir


EA Sports FC 26 reytinqləri oyunçu rəyləri əsasında yenilənir


Samsung-un Snapdragon 8 Gen 5 istehsalına cavabdeh olduğu bildirilir


iOS 26.0.2 yeniləməsi üçün geri sayım başladı


vivo X300 seriyası təqdim olundu!


Mortal Kombat 3 gəlir


Nano Banana Google xidmətləri ilə inteqrasiya edir


vivo Pad 5e rəsmi olaraq təqdim edildi!


Telegram bütün iOS versiyaları üçün Liquid Glass dizaynına keçib

