AZ

Amazon yeni sosial investisiya fondu yaradır

379e91fe4484dcdc6d3040abc69b7c96.jpg
30.06.2020 11:56

Amazon şirkəti aşağı səviyyəli karbon qazı ixrac edən texnologiyaları istehsal edən şirkətlərə (Greentech şirkətlər) investisiya yatıracaq.

 

TED.az xəbər verir ki, şirkət bunun üçün 2 milyard dollar büdcəyə sahib The Climate Pledge Fund adlı investisiya fondu yaradacaq. Fond nəqliyyat, logistika, energetika, kənd təsərrüfatı da daxil olmaqla müxtəlif sahələrdə fəaliyyət göstərən Greentech şirkətləri dəstəkləyəcək.

 

Yeni yaradılacaq fond cpf-info@amazon.com mail ünvanına göndərilən layihələri nəzərdən keçirəcək. 

 

Qeyd edək ki, bu investisiya fondu Amazon şirkətinin iqlim dəyişikliyi ilə mübarizə proqramının bir hissəsidir. Şirkət 2040-cı ilə kimi karbon qazı ixracını sıfıra endirəcəyinə söz verib.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox