AZ

Pandemiyadan sonra da belə olacaq, buna 90% əminəm... — PROQNOZ

 

ab16b101399887a4ae5708c71f54eeb9.jpg
07.08.2020 16:20

“Koronavirus pandemiyası və onun nəticəsində yaranan karantinə görə, budəfəki böhran əvvəlkilərə nisbətən daha sarsıntılı olacaq”

 

Bunu TED.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Şahin Göyləroğlu deyib.

 

“Bu cür hadisə 2008-ci ildə də olub, neftin qiyməti o zaman 16 ABŞ dollarına düşmüşdür. Hazırda isə pandemiya böhran səbəblərindən biridir. Budəfəki hadisə əvvəlkindən də şiddətli olacaq deyə, kompaniyalar, əsas da avtomobil sferasında fəaliyyət göstərən şirkətlər öz xərclərini bağlamaq üçün qiymət artıracaqlar, bu da rüb prinsipi ilə baş verir. Məsələn, 1-ci rüb — +2%,  2-ci rüb — +5% və ilin sonunda qiymətlər 15%-lik artımla qarşımıza çıxa bilər. Bu, hər zaman belə olub. Pandemiyadan sonra da elə olacaq, buna 90% əminəm”, — deyə mütəxəssis əlavə edib.

 

Fatimə ZÜLFİQAR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox