AZ

Azərbaycanda karantin rejimi tədricən yumşaldılacaq – Rəsmi

 

992bacb8e3353cfa631298a5b2f59ed2.jpg
08.08.2020 11:14

“Azərbaycanda tədrici yanaşma tətbiq olunacaq və addım–addım yumşaldılmalara gediləcək”.

 

TED.az xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

 

O bildirib ki, Azərbaycanda tədrici yanaşma tətbiq olunacaq və addım–addım yumşaldılmalara gediləcək: “Bəs yumşaldılmadan sonra yoluxmanın artması mümkündür? Təəssüf ki, bəli. Bunun baş verməsi üçün böyük ehtimal var. Buna görə də, qarşımızda duran məsələ yoluxma sürətinin aşağı salınmasıdır. Bunun üçün 3 əsas istiqamət var: birinci istiqamət karantin rejiminin çox sadə qaydalarına riayət etməkdir. Bu, ən vacib məsələdir. İkincisi, bu tələblərə nəzarətin həyata keçirilməsidir. Bunun əsas yükü hökumətin üzərinə düşür. Bu istiqamətdə ciddi addımlar atılacaq. Üçüncü istiqamət isə yoluxanların erkən müəyyənləşdirilməsi və təcrid olunmasıdır”.

 

Lamiyə SÜLEYMANLI

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox