AZ

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

 

39619850b2bc9d479859ca844754ea01.jpeg
13.08.2020 17:36

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 91 yeni yoluxma faktı qeydə alınıb, 211 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

TED.az xəbər verir ki, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 33 915 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 269 nəfər müalicə olunaraq sağalıb, 500 nəfər vəfat edib, 2 146 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 520, bu günə qədər isə ümumilikdə 812 033 test icra olunub

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox