AZ

İKT infrastrukturuna büdcədən ayrılan vəsaitin həcmi azdır – EKSPERT 

 

a7535644f976ffd35a7d272a3949bfd5.jpg
24.09.2020 17:19

“İnformasiya texnologiyaları infrastrukturuna həm dövlət büdcəsindən, həm də özəl müəssisələrdən yatırılan investisiyaların həcmi rəqəmsal texnologiyaların inkişaf etdiyi ölkələrlə müqayisədə kifayət qədər azdır”. 

 

Bu sözləri TED.az-a açıqlamasında iqtisadçı Rövşən Ağayev deyib.

 

Rövşən Ağayev bildirib ki, dövlət büdcəsindən rabitə və informasiya sektoruna ayrılan vəsaitin həcmi çox kiçikdir: Bu rəqəm büdcənin yüzdə birindən bir qədər çoxdur. Yəni, 1,5 faizdən kiçik bir büdcədir. Ancaq ayrı-ayrı ölkələrdə biz rəqəmsal texnologiyalara, bütövlükdə İKT sahəsinə ayrılan vəsaitin, hətta ümumdaxili məhsulda payının 2-3 faizdən çox olduğunu görürük. Bizim ölçülərlə büdcə rəqəminə çevirəndə hardasa büdcənin 3-4 faizi qədər vəsait deməkdir. İş orasındadır ki, İnkişaf Etmiş Ölkələrlərdə (İEÖ) özəl sektor bu sahəyə daha çox investisiya yatırır. 

 

Bilirik ki, rəqəmsal texnologiyalar üçün daha çox internetin inkişafı lazımdır. İnternet isə daha çox dövlət şirkətlərinin üzərində qurulub. Bazarın 97 faizi dövlətin 3 iri şirkətə AzTelecom, Bakı Telefon Rabitəsi, Naxçıvan Telekom-a məxsusdur. Faktiki olaraq, bütün internet şəbəkəsi bu 3 sabit şəbəkə telefon xidmətinin üzərindən inkişaf edir”. 

 

R.Ağayev qeyd edib ki, mobil internet Azərbaycanda daha zəif inkişaf edib: “Çünki qiymətləri olduqca bahadır. Bu baxımdan dövlətin üzərində olduğu üçün özəl mənbələrdən investisiyalar azdır. Yəni mobil rabitə bazarını saymasaq, həm sabit şəbəkə telefon xidmətlərinə, həm də ki internet xidmətinə daha çox dövlətin maliyyəsi gedir. Dövlət isə büdcədən böyük vəsait ayıra bilmir”.

 

“Telefon şirkətləri əsasən öz daxili mənbələri hesabına, magistral şəbəkələrin qurulması ilə bağlı vəsait isə dövlət investisiya xərclərindən edilir. Ümumilikdə rabitə sektoruna ayrılan vəsait böyük deyil. İEÖ-lə müqayisədə rəqəm kiçikdir. Ayrılan vəsait də rabitə sektorunun inkişafından daha çox xidmətlərin subsidiyalaşması üçündür”, – deyə ekspert bildirib.

 

Günel QURBANOVA 

TED + bölməsindən digər xəbərlər

Daha çox