ABŞ sanksiyalarının mənfi təsiri özünü göstərir - Huawei-in smartfon bazarında payı azalacaq
ABŞ sanksiyalarının mənfi təsirinə görə Huawei şirkəti bu il dünya smartfon bazarında yalnız 14% paya sahib olacaq.
Son proqnozlarda qeyd olunur ki, məşhur istehlakçı elektronika şirkəti Huawei 2021-ci ildə qlobal smartfon bazarındakı payının kəskin azalması ilə qarşılaşacaq.
TED.az xəbər verir ki, "BusinessStandard"ın yayımladığı məlumatda gələn il Huawei-in sözügedən bazarda payının 4%-ə qədər azalacağı proqnozlaşdırılır.
Mütəxəssislər Huawei-in performansında bu qədər azalmanın arxasında duran əsas səbəb kimi ABŞ hökumətinin davamlı məhdudiyyətlərini göstəriblər.
"TrendForce"nin proqnozuna əsasən, Huawei-in mövcud çətin vəziyyətindən istifadə edərək boş bazarda payını artıracaq şirkətlər Xiaomi və Oppo olacaq.