Sülhməramlı nə ilə silahlanmalıdır? - Qadağan olunan texnikalar
Qarabağdakı Rusiya sülhməramlılarının silahlanmasında istifadə olunan texnikanın siyahısı mediada yayımlanandan sonra məsələ gündəmdə xeyli qaldı.
Maraqlıdır, beynəlxalq qaydalara əsasən, sülhməramlı necə silahlanmalıdır? Əsas missiyası sülhə xidmət etmək olan bu qüvvələrin hərbi texniki təchizatı ilə bağlı hansısa məhdudiyyət, limit nəzərdə tutulubmu?
Mövzu ilə bağlı TED.az-a danışan hərbi ekspert Ramil Məmmədli bildirib ki, sülhməramlıların missiyasının nədən ibarət olması onların silahlanmasına bir-başa təsir edir: "Məsələn, İraqda sülhməramlı missiyanı həyata keçirən qüvvələr fərqli, Əfqanıstandakılar isə tamamilə fərqli silahlanmışdılar. Eyni vəziyyəti Yuqoslaviya ilə bağlı da qeyd etmək olar. Afrika ölkələrində isə vəziyyət tamam başqa cürdür. Bu istiqamətdə konkret məqam yoxdur. Əlbəttə, texnika parkında zirehli texnikaların, Aviasiya vasitələrinin, döyüş təyyarələrinin, hərbi səhra şəraitində hospitalın qurulması üçün müvafiq vasitələrin olması vacibdir. Silahlanmaya gəldikdə isə əslində burada ağır artilleriyadan söhbət gedə bilməz. Çünki buna ehtiyac yoxdur. Sülhməramlıların silahlanmasına, əsasən, iri çaplı pulemyot, atıcı silahlar daxil edilir".
Ekspert vurğulayıb ki, sülhməramlı üçün limit qoyacaq xüsusi qayda yoxdur: "Ola bilər, sülhməramlı missiya vəziyyətə uyğun olaraq ağır texnikadan da istifadə etsin. Çünki tərəflər arasındakı vəziyyət bəzən sülhün bərqərar olunması üçün bu texnikanı zəruri edir. Söhbət yalnız Rusiyanın Qarabağdakı sülhməramlılarından getmir, məsələyə ümumi yanaşırıq. Amma onların Qarabağda ağır texnika, reaktiv yaylım atəş sistemləri ilə silahlanması o qədər də vacib məsələ deyildi. Çünki bu sülhməramlıların əməliyyat missiyası yalnız mühafizənin təşkili və sülhün bərqərar olunması üçün ermənilərə nəzarətdir. Onsuz da Azərbaycan razılaşmaya əsasən, üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirir".
Lamiyə SÜLEYMANLI
TED + bölməsindən digər xəbərlər
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Google Health 5.03 yeniləməsi yayımlandı: Yuxu izləmə və Strava inteqrasiyasında mühüm yeniliklər
Sony disk dövrünü bitirir: PlayStation oyunlarında yeni era başlayır
Azərbaycan şərabçılığının uğuru: Chabiant Bayan Shira Decanter World Wine Awards 2026 müsabiqəsində medal qazandı
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Elektrikli avtomobillərdə yeni dövr: 30 il ömürlü natrium-ion batareyalar təqdim edildi
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Apple-ın 2026-cı il OLED ekran tədarükçüləri məlum oldu
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı
Vikipediyanın həmtəsisçisi platformada bloklandı
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Women in CyberSecurity Azerbaijan kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyənlər üçün vebinar təşkil edib
Apple kameralı AirPods üzərində işləyir: təqdimat tarixi açıqlanıb
Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb
WhatsApp Android üçün yeni bölməni sınaqdan keçirir
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
iPhone 18 Pro Max tarixin ən böyük batareyası ilə gələ bilər
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
Həftənin ən çox oxunanları
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD



