AZ

İstehlakçı virtual reallıq kontenti 7 milyard dollardan çox gəlir gətirəcək - PROQNOZ 

 

fc17acbd79d1e8ba8305dba06e3e7dc1.jpg
02.12.2020 11:38

2025-ci ildə istehlakçı virtual reallıq kontenti 7 milyard dollardan çox gəlir gətirəcək. Bu göstərici cari ildəki rəqəmdən 2,33 dəfə çoxdur. Son təxminlərə görə, sözügedən bazar ilin sonunadək 3 milyard dollara çatacaq.

 

TED.az xəbər verir ki, bu barədə "Juniper Research" məlumat yayıb. 

 

Məlumatda qeyd olunur ki, artımın əsas aparıcı sektoru oyun konsolu istifadəçiləri olacaq. Bu sahə üzrə olan istehlakçılar 2025-ci ildə məzmun təminatçılarına gəlirin 41%-ni qazandıracaq. Hesabatda yaxın beş ildə ən sürətli artımın (istifadəçi bazasının) VR seqmentində olacağı da qeyd edilir. Bu müddət ərzində "Smartphone VR" maraq azalacaq və 2025-ci ilə qədər yalnız 1,2 milyon qulaqlıq istifadə ediləcək.

Dünya bölməsindən digər xəbərlər

Daha çox